Atamın mahnısı
Uşaqlıq xatirələri
Gün batsa da nə eybi var, əziz balam, körüyü bas,Sən bilmirsən, səbəbi var, əziz balam, körüyü bas.
Ocaq mənim gözlərimin işığını aparsa da,Həyat dəmir ürəyimi parça-parça qoparsa da,Qara bəxtim hər gün bizim üzümüzə qabarsa da,Təslim olmaq yaraşmayır mənə, sənə, körüyü bas:Yorulsam da, yorulsan da durma, yenə körüyü bas.
Mənim ilkim ciyərparəm, demə atam ürəksizdir,Evdə kiçik qardaşların, bacıların çörəksizdir.Yad olsaydın deyərdin ki, bu sözlərin gərəksizdir,Amansız qış qapıdadır, əziz balam, körüyü bas,Həyatımız zəhər dadır, əziz balam, körüyü bas.
Ağrısını ürəyimdə hiss edirəm ayağının,Dillən, nədən rəngi qaçmış o düyməli dodağının.Ağzından al qanlar damır ehtiyacın bıçağının.Qan-qan deyir zəmanəmiz, əziz balam, körüyü bas,Həyatda tək deyilik biz, əziz balam, körüyü bas.
Xəz paltoda dərsə gedir varlıların uşaqları,Ara vermir, vaxtlı-vaxtsız tüstülənir ocaqları.Kim bilmir ki, pambıqdan da yumuşaqdır yataqları,Quru yerdə yatırıq biz, əziz balam, körüyü bas,Evdən şey də satırıq biz, əziz balam, körüyü bas.
Ayağını yara etmiş qızmış dəmir qəlpələri,Mən şahidəm, iniltiyə sən açırsan hər səhəri.Dərdə dözüb deyirəm ki, qoy böyüdüm körpələri,Bəlkə onlar bir gün görsün, əziz balam, körüyü bas,Allah sənə ömür versin, əziz balam, körüyü bas.
Ömür keçdi çəkicimin altındakı dəmir kimi,Qara bəxtim ocağımda yandı qara kömür kimi.Çox düşündüm, bu dünyada özüm verdim öz əmrimi,Cəlladlara baş əymədim, əziz balam, körüyü bas,Gözlərimdən yaş tökmədim, əziz balam, körüyü bas...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-atamin-mahnisi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən ürəyi atəş dolu şairəm,Hələ yaram sağalmayıb, gözü var.
GəlirTəbriz! Dərya kimi dalğalan, çağla,Bu elə qəhrəman bir rəhbər gəlir.
ZindanHeyhat! Necə dözsün buna insan:Vur, vur ki, yıxılsın təməlindən
Dilbərin gəlinlik eviDilbər totuqca qızdı, onu verdilər ərə –Aclıqdan ölməsin deyə dövlətli bir yerə.
Стихи других поэтов
Şükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
GəldiQaleyi-zəmində mən idim xəstə,Üstümə mərdlərin ağası gəldi.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.