Mən ürəyi atəş dolu şairəm,Hələ yaram sağalmayıb, gözü var.Aman cəllad, sən vurduğun yaranınÜrəyimdə hələ dərin izi var.

Əlimdədir bu kainat, bu dünya,Kilid vurmaq olmaz axar bir çaya.Ürəyimdə dalğalanan bir dərya,Millətimin, vətənimin sözü var.

Qartal kimi süzüb uçan nəğməmdə,Sellər kimi axıb coşan nəğməmdə,Bahar kimi könül açan nəğməmdə,Qan ağlayan bu ellərin özü var.

Cəllad! Yetər, çək əlini vətəndən,Ayıraram dik başını bədəndən.Daha məni sata bilməz hər yetən,Ürəyimin qulağı var, gözü var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине