Bir ana övladıyıq, dinlə məni, qardaşım,Hicrandan sinəmizdə min dağım, min dağın var.Azadlıq vuruşunda güllədən deşim-deşim,Qızıl qana boyanmış bayrağım, bayrağın var.

Bir gün görüşəcəksən, bacınla, qardaşınla,Sağalmaz bu yaralar ahınla, göz yaşınla.Hicrana dözdün yetər, öz bəlalı başınla,Səttarxanlar yetirən müqəddəs torpağın var.

Bu qurtuluş yolundan geriyə çəkilmə sən,Yadlara əyilmədin, yenə də əyilmə sən.Bu sınaq günlərində özünü tək bilmə sən –Sənin Süleyman kimi arxan var, dayağın var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке