Deyirsən ki, sənin vətən torpağına göz dikmişəm,Bu qırmızı yalanına daha mənim sözüm yoxdur.Torpağına sən qatmısan doğma ana torpağımı,Mən şairəm, özgələrin torpağında gözüm yoxdur.

Utan, mənim millətimdən üstün tutma millətini,Millətinə yedirtmə gəl millətimin nemətini.Uzun illər könlüm çəkir bu vüsalın həsrətini –Dözəcəyəm, kim deyir ki, ürəyimdə dözüm yoxdur?

Qardaşımın həyatını düşünürəm səhər-axşam,Vüsalına yetmək üçün hələ bir yol tapmamışam.Qan qardaşım zindandadır, mən bu tayda azad quşam,Sən dərdə bax, gözlərinə görünməyə üzüm yoxdur!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке