Nəvəm Günəşə

Çalış öz zəhmətinlə ömrünü ağgünlü gör,Sənə süfrəsi duzsuz, çörəksiz deməsinlər.Hər dərdlinin halına ürəyin yansın gərək,Sənə ellər içində ürəksiz deməsinlər.Özünə min dost qazan, vətənə, xalqa bağlı,Haqqında dar günündə köməksiz deməsinlər.Şənlik məclislərində ətir yağdır dilindən,Ömür bağçası gülsüz, çiçəksiz deməsinlər.Daha gözəl günlərin sorağında çıx yola,Dostlar sənə arzusuz, diləksiz deməsinlər.Zirvələrin yolunu şair babamdan öyrən,Üzünə zəfər günü çələngsiz deməsinlər.Haray çəkənə hay ver, sənin Günəş adınaGərəksiz deməsinlər, gərəksiz deməsinlər!

21 iyul 1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе