Hər mahnım, hər şerim öpüb, öpəcək,Xalqın dodağını qızılgül kimi.Səni, ev vətənim, dərindən sevən,Bir könül tapmazsan bu könül kimi!

Hicran əllərinlə bağrın söküldü,Uğrunda döyüşdə igidlər öldü.Ayrılıq həsrəti bağrımı dəldi,Bununçün hər günüm keçdi il kimi!

Ey təbrizli gözəl, sözüm var sənə,Sinənə cəlladlar dağ çəkib yenə.Görünür o nəmli gözlərin mənə,Kirpikləri şehli qərənfil kimi!

Dilin açar olsun, dodağın qıfıl,Sinəndən dəftərə tökülsün qızıl.Ayıl, öz dərdinə özün çarə qıl,Gəzmə vətənində bir qafil kimi!

Hər yana baxıram ağrıyır ürək,İnsan həyatından bahadır çörək.Övlad vətənində gəzməsin gərəkBir dilənçi kimi, bir səfil kimi!

Hardasan, hardasan, ey vüsal günü!Yoruldum demərəm ömrüm uzunu –Cənub həsrətinin ağır yükünü,Daşısam çiynimdə qoca fil kimi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке