Araz sahilində hər bahar çağıBir an həyəcansız gəzə bilmirəm.Hətta, yuxumda da qan qardaşımın,Əlindən əlimi üzə bilmirəm.

Gözümdə yaş görüb gülməyin mənə,Arazdan deyirəm mən dönə-dönə.Təsəlli verirəm özümə, yenəBu ürək ağrımı kəsə bilmirəm.

Baxanda Cənuba gözüm hər səhər,Çəkir ordusunu üstümə kədər.Dözənlər, bilmirəm, necə dözürlər,Mənsə bu hicrana dözə bilmirəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине