Hər yan bəzənib əlvan,May, sən nə gözəl aysan.Dindir məni hüsnünlə,Solmaz, yeni hüsnünlə.Al bayrağının rəngi,Beynəlmiləl ahəngiHər qəlbə verir ilham,Eşqinlə gülür dünyam.Gəz yurdumu cürətlə,Hörmətlə, məhəbbətlə.Bülbültək ötür insan,Gülşəndir Azərbaycan.Hər yan bəzənib əlvan!May, sən nə gözəl aysan!Gəlmişdin əziz dosttəkOd yurduma sən bildir.Gəl, hər kəsə sən tək-təkKimsən, nəçisən, bildir.Dünyada bilir hər kimGöylərdə gəzir “peykim”.Bu təntənədən olmaz,Qartaltək edir pərvaz, –Şerim onun ardınca,Ömrüm onun ardınca.

Gəl, gəl, ay əziz May, gəl,Ay alnıaçıq ay, gəl!Gəl, gəl ana torpaqda,Hər bağçada, hər bağda,Saz çal, yenə şənlik qur.Tök badənə şəbnəm, vur:Gəl, durma, yerin boşdur,Gəl, gəl gəlişin xoşdur.Gəl, lalə tutub əldə,Addımla bizim eldə.Yüngül qədəmin vardır,Tər gül qədəmin vardır.Gəl, hüsnünə min əhsən!Qəlbimdəki eşqimsən.Hər yan bəzənib əlvan,May! Sən nə gözəl aysan!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе