Ey əndəlib, səndə bu nə qanundu –Fəğan çəkmək növbaharı görəndə?Əgər ki, mətləbin gül görmək isə,Kirisnə gülüzarı görəndə.

Bu necə adətdir, bu necə ərkan,Əyyami-vəsldə çeşmin tökər qan;Firqətdə vacibdir aşiqə əfğan,Sakit olmaq gərək yarı görəndə.

Pərvanə də sən tək şəmə maildi,Hər necə ki, zülm eyləsə qaildi;Nalən bihudədi, əqlin zaildi,Günah yoxdu səni karı görəndə.

Nalə çəkib bülbül dedi: ey pesər,Ərkani-eşqdən olan bixəbər;Mümkündür aşiqə dincəlmək məgərGül ilə həmsöhbət xarı görəndə?

Ey dilbəri-sadə, şuxi-növrəstə,Başın üçün, gəzmə qeyri hovəsdə;Qədimi qulundur Zakiri-xəstə,Məhəbbət et ona, barı, görəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви