Ey yığılan canlar, minnət eyləyin
Ey yığılan canlar, minnət eyləyin,Dursun, o gözəllər şahı oynasın.Dəst tutsun Ütarid, Zöhrə, Müştəri,Fələgin şəms ilə mahı oynasın.
Sərasər əlvanə batsın gül bədən,Siyah zülfün töksün qamətilə tən.Demənəm oynasın ta axşamadən,Gah otursun, gahi-gahi oynasın.
Salıban piləkduz cuna başına,Sürmə çəksin həm gözünə, qaşına;Can nəqdini verək biz şabaşına,Eşq əhlinin qibləgahı oynasın.
Odur bizim sultanımız, xanımız,Yolunda qoymuşuq din-imanımız;İntizar çəkməkdən çıxdı canımız,Bəsdi bu nəzakət, dahı oynasın.
Şikəstə Zakirəm, görüb karımı,Dağıtdım yolunda yoxü varımı;Aparıb əqlimi, ixtiyarımı,Xahi oynamasın, xahi oynasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-ey-yigilan-canlar-minnet-eyleyin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən onda eylə zövqü səfa bağ arasında,Mən munda yanım piltə kimi yağ arasında.
Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görənYoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.
Zur etdi dəhr möhnəti canə yavaş-yavaşZur etdi dəhr möhnəti canə yavaş-yavaş,Cəsm oldu tiri-çərxə nişanə yavaş-yavaş,
Yar demişdi gələn bayrama gəlləmYar demişdi gələn bayrama gəlləm,Ömür başa yetdi il arasında.
Стихи других поэтов
Çarə kimdür ələmi biçarə olmuş könlümü,Qandadur bir cəm edən sədparə olmuş könlümü.
SöyüşünSöyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Bəsdir, gözəlimMəni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?