Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.

Munca kim zülm edər, insafü mürüvvət axırSalacaqdırmı onun könlünə bir tarı, görən?

Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilirNərgisi-məstə baxan, qəmzeyi-xunxarı görən.

Aşiqin halı pərişanü təbah olduğunuFəhm edər zülfi-pərişanü siyəhkarı görən.

Tuta gər Yusifi-gumgəştə nəbati-Misri,Eyləməz meyl ləbi-ləli-şəkərbarı görən.

Yanar əhvalına pərvanəsifət şanələrin,Piç-tabü girehi-türreyi-tərrarı görən.

Mütləqa ol məhi-bimehrə dəxi meyl etməzKünci-qürbətdə gəlib Zakiri bimarı-görən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви