Qəzəl xalq şairi Səməd Vurğuna həsr olunmuşdur

Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən,Bir dəfə şikayət sözü çıxmaz dilimizdən.

Qəsd etsə həsədlə bizi məhv etməyə zalim,Keçməz bizim ərbabi-qələm qatilimizdən.

Tufani-bəla gəlsə də, qorxan deyilik biz,Dağlar belə sədd olsa, qaçar sahilimizdən.

Baxma bizə min naz ilə, səyyadlərik biz,Yüz gözləri ahu qaça bilməz əlimizdən.

Xaki-dəri-meyxanədə dəfn et bizi, saqi,Min kuzə çıxar torpağımızdan, gilimizdən.

Vahid, biz o nəxlik ki, bu gülzari-cahanda,Övladi-vətən zövq alacaq hasilimizdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви