Töküb qanım, rəvan qeyb oldu ol sərvi-rəvan gözdən
Töküb qanım, rəvan qeyb oldu ol sərvi-rəvan gözdən,Bu rövşəndir ki, qan tökcək olur mərdüm nihan gözdən.
Kəməndi-zülfünə bağlı çıxar qan cismi-zarimdən,Kənar olduqca hər ləhzə o yari-mehriban gözdən.
Gözümdə tifltək oynar xəyali-çeşmi-məxmuri,Basıb bağrına mərdüm qoymaz ani bir zaman gözdən.
Təki min ox, rizayəm, sinəmə peyvəstə sancılsın,Məni ta salmısan ol dilbəri-əbri-kəman gözdən.
Əgər bir dəfə bağ içrə bu qamətlə xuram etsən,Salar ta həşrədək öz sərvi-nazın bağiban gözdən.
Eşitdim, qeyrlə ol laləüzlüm seyri-bağ etmiş,Xudaya, saxla sən ol mahi-bimehri yaman gözdən.
Necə sərməst ikən, Vahid, çıxım meyxanədən huşyar?Məni bir ləhzə qoymaz bəzmdə piri-muğan gözdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-tokub-qanim-revan-qeyb-oldu-ol-servi-revan-gozden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə qədər eşqimiz, ey gül, belə pünhan olacaq?Aşikar eyləməyincə ürəyim qan olacaq.
Könül, həmişə səadət bizimlə yar olacaqKönül, həmişə səadət bizimlə yar olacaq,Xəzan qəmi bitəcək, ölkəmiz bahar olacaq!
Vəfalı olmasan, ey gül, baharın olmayacaqVəfalı olmasan, ey gül, baharın olmayacaq,Çəmən behişt ola, xoş ruzigarın olmayacaq!
Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıqYetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq,Xəlayiq çarə tapdı dərdinə, biçarə biz qaldıq.
Стихи других поэтов · О любви
A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Ailə kiçik bir dünyaya oxşarHəyatı əyləncə sanma sən nahaq,Bu gün yuva qurdun, sabah dağıtma.
Qəzəl: Məhbub, badə tərkin edəmmi, lənd olamMəhbub, badə tərkin edəmmi, lənd olam,Divanəlik edəmmi, çü bən huşmənd olam
DağıstandaAy ariflər, gəlin sizə söyləyim,Gətirir bağçalar bar Dağıstanda.