Düşər könlüm, əzizim, qanə sənsiz,Gəlir şamü səhər əfğanə sənsiz.

Səninlə duzəxin narına yannam,Behiştdə baxmazam qılmanə sənsiz.

Edən abad memari-vüsalınOlubdur hicrdə viranə sənsiz.

Müsəddər bəzmi-vəslində olan dilNeçün hicran çölündə yanə sənsiz?!

Gülüstani-vüsalə həsrət oldum,Dönüb aləm mənə zindanə sənsiz.

Ənis olmuşdu dil ol şəmi-qəddə,Yanar, billah, necə pərvanə sənsiz.

Nə sənsiz qəm əyağına əl urram,Nə də nuş eylərəm peymanə sənsiz.

Olur bərhəm, pərişan qanə dönmüş,Könül zülfə çəkəndə şanə sənsiz.

Dilimdə zikrsən, könlümdə fikrim,İki aləm dəxi əfsanə sənsiz.

Макта — последний бейт с тахаллусом поэта. Kəminə, ey hərifi-bimürüvvət,Ola, qorxum budur, divanə sənsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке