Vaqif ol, ey nəcibü fərzanə,Lən edirsən həmişə şeytanə.Gərçi şeytanə ləndir şaye,Kimə gör lənətin olur race,Hər işi eylədin özün xəlvət,Bircə şeytanə vermədin fürsət.Sonra şeytanə lənət eylərsən,Maşaallah, qiyamət eylərsən.Dəyməsin göz, qəribə zirəksən,Bu fərasətdə dəhrdə təksən.Bir bəyan eylə ki, haçan şeytanSənə bir məsiyətdə oldu əyan?Sən ki oldun bu gunə məstü xərabSənə şeytan nə vəqt verdi şərab?Sənə şeytan haçan olub saqi,Sənə kim verdi bəngü tiryaki?Sənə şeytan nə vəqt, ey dana,Dedi ki, gəl gedək sən eylə zina?Övn edərkən sənə o rəbbi-ğəfurNiyə şeytanə olmusan məcur?Səni həq qıldı faili-muxtar,Hər əməl qılsan, ixtiyarın var.Xeyrü şər rahıdır sənə məlum,Getmə sən rahi-şərrə, ey məxdum.Səni həq şərrə etməyib məcbur,Bu xəyalat əqldəndir dur.Eyləməz cəbr kirdigar sənə,Verməyib sırf ixtiyar sənə.Ol xəbərdar kim, həkimü ğəniEtməyib nəfsə vagüzar səni.Sən rəha eylə cəbrü təfvizi,Eyləmə pak dinə tərizi.Qalma xeyrü şərin gümanında,Seyr qıl xeyrü şər miyanında.İşlədən şərri nəfsi-insandır,Xaliqi-xeyrü şərr yəzdandır.Şərrə bais demə xudanı, utan,Yaxşıdan zahir olmayıbdı yaman.Ol həkimü əlimü danadır,Özü zibavü feli zibadır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов