Bəs ki, ey dil, həvəsi-zülfi-girehgir etdin,Axır ol zülfü mənim boynuma zəncir etdin.

Ey könül, mən ki görüb yarı ayaqdan düşdüm,De görüm öz qəmini sən necə təqrir etdin?

Arizi-yarımı, ey sanei-afaq, məgərQərü ənbiqi-məhü mehr ilə təqtir etdin?

Eylədin vədə ki, vəslin günü qanım tökəsən,Ey olum vədənə qurban, niyə təxir etdin?

Baisi-nar dedin mehri-rüxin, ey vaiz,Gör behişt ayəsini sən nəyə təfsir etdin?

Verdi dil ol sənəmin küfr səri-zülfündən,Zahida, sən niyə ancaq məni təkfir etdin?

Макта — последний бейт с тахаллусом поэта. Səni ol gözləri xunxar salıbdır gözdən,Genə, ey Seyyidi-biçarə, nə təqsir etdin?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви