Vaiz bu qədər zəmmini etməzdi şərabın,Bir bilsə idi ləzzətini badeyi-nabın.

Meyxarələrin halına dəxl eyləməsəydinZahid, səni cənnətlik edərdi bu səvabın.

Şərbət içibən bəzmdə şirinlik olur kam,Vəsl aləmidir aqibəti bu şəkərabın.

Ey cam, gəlir nəkhəti-cənnət nəfəsindən,Adəm gətirib yer üzünə, yoxsa, türabın.

Ol-mah bizə vədeyi-təşrif edib axır,Ey didə, gəlir əvvəli-şəbdən niyə xabın?

Hüsnün olub ol səbzeyi-xətdən dəxi ziba,Ey mahi-pəriçöhrə, nədəndir bu hicabın?

Макта — последний бейт с тахаллусом поэта. Gər piri-müğan tutsa əlimdən, nola, zahid,Bir çakəri-dirinidi Seyyid o cənabın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине