Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin,Zalım, nə oldu eylədi təxir, gözlərin?

Məst idi, aldı xameyi-müjganı dəstinə,Fitvayi-qətlim eylədi təhrir, gözlərin.

Seydi-hərəm həramdır, ey qibleyi-Səfa,Ahu şikarın etdi genə şir gözlərin.

Qaşınla qətlim etməgə peyvəst oldularƏgrilər ilə eylədi tədbir, gözlərin.

Zalım, diyari-eşqə Hülakuyi-tazasən,Olmaz bu qanlar içmək ilə sir gözlərin.

Geysulər içrə etdi kəmin türki-məst tək,Şəbxunlar etdi könlümə şəbgir gözlərin.

Макта — последний бейт с тахаллусом поэта. Etdin kəməndi-zülfüvü pürtab, ey pəri,Seyyid tək eylədi məni nəxcir gözlərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви