Qaranlıq içrə qardaşam,Hələ gizlənibdir qızıl gün.Bax, boğsa da səni qaranlıq,Qırmızı səhəri bir düşün.

Zəmanənin tutqun səhəriBizlərə deyir ki, – Gəl bəri.Yetər daxmalarda çəkdiyinSıxıntılar, dərdlər nə üçün?Ayaqlarında var zəncirlər,Nədəndir olubsan dərbədər?

Sənin əməyinlə bəzənirƏlvan ipəklərlə laləzar.Udduğun qanlardır ki, vəzirSarayında qızıl gül açar...Cənnət bağ içrə tikdiyinSaraylarda yatar hər zəngin.Tozlu, yırtıq çadır çöllərdəAğız açıb səni çağırar.Nəsim zənginləri oxşarkənAğ yel çadırını qabardar.Yetər o tutduğun ol qan, qurum,Qazdığın quyu bir uçurum.Göy sular üstündə çırpınanSənsən polad kimi yaradan.Sənin udduğun toz, torpaqlar...Qızıl, gümüş olub toplanar...Gecə sona çatıb, gündüzdür,Həqayıq yolu bax, düm-düzdür...Qursanları yurddan çıxardıb,Qovala, qovala, suya tök,Alqışlasın səni mavi göy.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов