Əsgər ürəyi
Ballada
Varnada günəş batır...Dayanmışam sahildə,Hava xoş, su da ilıq.Dənizdə bir gül vardır,Lalə kimi qırmızı,Bir az da bağrı yanıq.Mən dənizə baxıram:Uzaqlardan əsən meh,Saçıma çəkir daraq.Mən o gülə baxıram:Qəlbimdə baş qaldırırTükənməyən bir maraq.Yox, yox, bu gül deyildir:Sanki qanlı bir ürək.Üzür sahilə sarı.Görkəmində mərdliyinBasılmayan qüdrəti.Bir də qəmi, qubarı.O, sahilə gələrək,Qayaların içindəQabağımda dayandı.– Söylə kimsən? – dedim mən.O isə alovlanıbSuda şam kimi yandı:– Mən sənin eloğlunam...Unutmadım Kəpəzi,Unutmadım Qoşqarı.Bu suların altındaTökülübdür üstüməBizim dağların qarı.Vətən candan şirindir,O, dayandı bu ara,Dalğalandı dəniz də.Mən də xəyala daldım:Xəyallar da danışırBizim zəmanəmizdə.– Bəli... Vətən dedim mən...Neyləyim ki, əllərimYetişməyir bir ona.Məni düşmən gülləsiBu dənizin qoynundaBulayıbdır al qana.Səni görüb uzaqdan,Suları yara-yaraÇıxmışam indi üzə.Ölümün evi uçsun...Məni həsrət qoyubdurBir dosta, şirin sözə.Yamanca narahatam...Su altından edirəmYer üzünə tamaşa.Yenə dünya çaxnaşır...Yenə ölüm, yenə qanVicdanlar dönüb daşa.
Amandır! Qoymayın sizParçalanıb ürəklərDənizlərə tökülsün.Şər yenə qəh-qəh çəkib,
Qılınc alıb əlinəXeyrin üstünə gülsün!Sən şairsən... Əzizim.Qələm götür, yaz bunu,Yaz, eşitsin qoy hamı.Söylə bütün dünyaya:Hər şeydən yaman olurÖlülərin qiyamı.Günəş batdı uzağda,Nədənsə, susdu artıq,Danışmadı o bir də.Dalğalanan sulara,Sahildəki daşlaraÇökdü qara bir pərdə.Mən yenə oturmuşam,Beynimdə dünya... insan...Oturmuşam yenə tək.Amma indi dənizdəNə bayaqkı gül vardır,Nə də ki qanlı ürək!..İçimdə tufan qopdu,Sanki bu dəm ürəyimOldu sinəmdə şan-şan,Baxdım heç kim deyildir:Öz qəlbimdir mənimləBu sahildə danışan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-esger-ureyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qurumuş bir dağ çayı...yatağında çınqıl, qum,
Gecə, döyüşqabağıGecə, döyüşqabağı,səngərə çökdü sükut,
Tökül, ey dağ çayı, uç qayalarda!Tökül, ey dağ çayı, uç qayalarda!Sonra şırıldayıb ax çəmənlərdən.
Hacıkənd, Sarı yal, hardasınız siz?Hacıkənd, Sarı yal, hardasınız siz?Hardasan, hardasan, Armudlu bulaq?
Стихи других поэтов · О природе
O mücgani-siyəh-novkin xədəiki-yarə bənzətdim.Xətadır çeşmi-məstin ahuyi-Tatarə bənzətdim.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Hac havasındaMillət boğulurkən vətənin ac havasında,Məmurlarımız yallı gedir tac havasında.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.