Hacıkənd, Sarı yal, hardasınız siz?Hardasan, hardasan, Armudlu bulaq?Mən deyib-gülmədim dünyada sizsiz,Dururmu o meşə, dururmu o dağ?

Dururmu göy tala? Bizim boz çinarYenə kölgəsini ora salırmı?Yaddaşdan silinməz dostluq, etibar,Məni keçənlərdən xəbər alırmı?

Sarı yal! Üstümə tök çiçəyini;Yağdır yağışını sən də, Hacıkənd!

Şeirim orda qoyub öz ürəyini,Sizindir yazdığım hər kəlmə, hər bənd.

Axıt sinəm üstdən, axıt suyunu,Mənim köhnə dostum, Armudlu bulaq?Göstər, ey boz çinar, görüm boyunu,Qoy hicran çəkməsin sinəmizə dağ!

Belə bir qanun var, unutmayaq biz,Vətənsiz yaşayan ölər vətənsiz!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе