Bir cığıram dağlarda!..Yollarımda al günəş,Yollarımda duman, çən...Gah dərəyə enirəm,Gah çıxıram düzə mən!Dağlarda tufan qopub,Od tökəndə ildırım,Buludların yaxasıOlanda şınm-şırım,Səs çatmaz zirvələrdənGəlir mənim sorağım,Başım göydə olsa da,Yerdə durur ayağım!

Bir cığıram dağlarda!..Üstümdən kəklik uçur,Keçir durna qatarı.Tufanda yol azanlarGəlirlər mənə sarı.Bəzən gedir sinəmdənBir ağ quzu, bir çoban;Bəzən də keçib gedirYollar yoran bir karvan!..

Bir yan taxıl zəmisi,Bir yanda da göy çəmən.Bildirçinin, turacınSəsinə heyranam mən!..Pozulmasın deyərəkÜstümdəki bu calal,Keşik çəkir havadaDaim mənə bir qartal!..Bir cığıram dağlarda!..Qüvvət alıb zamandanBir tükənməz əməldən,Mən səfərə çıxmışamBu yerlərdə əzəldən!Bu yol asan deyildir,Gizlətmirəm, a dostlar,Deyim sizə düzünü:Burda atlar nal tökür,Maral buynuzlu kəllərYerə qoyur dizini!..Məni sellər uçurmaz,Uda bilməz sıldırım...Yandıra bilməz məniQəzəblənib ildırım...Sanmayın ki, bir quşam,Zirvələrdə süzürəm,Torpağı sevdiyimdən –Mən torpaqda gəzirəm!..Mən dağlarda mahnıyam,Cığır olmuş insanam.Xoş arzular yolçusuBir əbədi karvanam!Sərin suyam! Günəşəm!Mənəm insan ümidi,Mənəm insan pənahı.Mənəm dağlar döşündəDumanlardan parlayanBu dağların sabahı!..

Bir ağ sapa bənzədibMəni düşmən heç zamanYığa bilməz əlinə:Bir gündə min bir dəfəMən dolana bilərəmBu dünyanın belinə!..Dağlarımdan ayrılıbGetsəm belə hər yana,Mən dönürəm yenə dəAnam Azərbaycana!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов