Dostu kuyindən bir gələn yox soruşaq,Görək həmdəm indi o yarə kimdi?Oturub üzbəüz edən tamaşaDoyunca çöhrəvü üzarə kimdi?

Adətdir, baxarlar qaşları yayə,Nəzzarə edərlər rüxi-zibayə.Mən düşmüşəm nahaq dami-bəlayə,Baxmayan türreyi-tərrarə kimdi?

Yanaram şəm tək gecə sübhdən,Karü şüğlüm olub naləvü şiyvon.Bu qədər dərində sızıldaram mən,Bir yol deməz; “görün biçarə kimdi??”

Gizlədim bir müddət, infial etdim,Nə bir söz danışdım, nə də qal etdim.Qan olmadı bir gün şərhi-hal etdim,Deməyən dərdini dildarə kimdi?

Kuhkəənin ev tikməkdi binası,Həyat verir Qeysə seyri-səhrası;Hər kəsin var bir mənzilü məvası,Aləmdə Zakir tək avarə kimdi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов