Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,Təskin tapacaq naləvü zarın, gələcəkdir,Təhqiq, sabah sevgili yarın gələcəkdir,Ol kim, gələcək – səbrü qərarın gələcəkdir.

Təndə eşidib tabi-təbi-əxkəri-hicri,Dil mülkünə cövrü sitəmi-ləşkəri-hicri,Rəncü, təəbbü, möhnətü şuri şəri-hicri,İxrac-bələd eləməyə sərvəri-hicri,Gülgün geyinib şahsüvarın, gələcəkdir.

Geysuyi-girehgir qəmindən gecələr sənƏfi kimi pürpiç olurdun, bilirəm mən,Hər muyi-sərin başını sancardı çü suzən,Rəsmü rəvişi-aşiqi pərvanədən öyrən,Yox atəşi-rüxsarına varın, gələcəkdir.

Ta sübh edib şəmə gilə badi-səbadən,Dərdin ki, yetirməz şəhə peyğam gədadən;İndi öz əyağilə gəlir lütfi-xudadən,Dön başına, əfsun ilə tut zülfi-dütadən,Qorxma, elə sərrişteyi-karın gələcəkdir.

Pişi-nəzərindən gedəli ləbləri meygun,Peyvəstə gəzirdin əli qoynunda cigərxun;Həm aciz idi çareyi-dərdində Fələtun,Şükr eylə xudavəndi-təalayə ki, əknunMəddi-nəzəri-leylü naharın gələcəkdir.

Bivədə sənin bari-giranü ələmü qəmEtmişdi “əlif” qamətini “nun” sifət xəm,Əhvalına qan ağlar idi hər görən adəm,Sərsəbz olacaq nəxlü-ümidin, genə dər-qəm.Gül-gül açılıb, tazə baharın gələcəkdir.

Düşmə bu təmənnalərə, ey Zakiri-gümrah,Haşa ol əhvali-gədadən xəbəri-şah.Bir vəqt məgər türbəti-qəbrin edə agah,Səndən sora onsuz deyil, əlbəttə ki, ol mahSeyr eyləməyə xaki-məzarın gələcəkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви