Görmüşəm nüsxədə bir türfə misal,Əyyami-sabiqdə bir qurd, bir çaqqal.

Şiri-jəyan ilə tutmuşdu ülfət,Yedilər, içdilər bir neçə müddət.

Təqdiri-qəzadən üç gün, üç gecəOv keçmədi elə, oldusa necə.

Aqibət, tapdılar səbahə yavuqBir qoyun, bir quzu, bir də bir tovuq.

Qalib olmuş idi şirə iştəha,Qurda dedi: “Bölgü sənindi, durma,

Təqsim eylə, olaq yeməyə məşğul”.Anlamayıb fikrin gürgi-biüsul

Dedi ki: “ey sərvər, cənabi-bariÖz əlinlə göydə bölüb buları.

Qoyun sənin, quzu mənim, çəqqaləGöndərib tovuqu xaliq nəvalə”.

Giran gəlib bu söz şirin xaşına,Bir tayança saldı qurdun başına.

İki gözü ol biçarə fəqirin,Çıxıb yerə düşdü zərbindən Şirin.

Ondan sonra üzün tutub çəqqaləDedi: “Oldu bölgü sənə həvalə.

Qismət eylə, məlum olsun əməlinEşitmişəm vardır bölgüdə əlin”.

Çaqqal zərbi-dəsti-şiri görmüşdü,Annamışdı karı, rəyin bilmişdi.

Dedi: “ata-baba bölgü bizimdi,Sən gedib naəhlə buyurdun indi.

Eylə qismət edim qəniməti mənTa ruzi-qiyamət deyəsən əhsən!

O ki, qoyun padşahın naharı,Quzunu saxlarıq axşam iftarı.

Toyuq da sabahın qəlyanaltına,Əlbəttə ki, xaliq yetirir yenə”.

Şir dedi: “afərin sənə, ey pürfən,Bu bölgünü kimdən öyrənibsən sən?”

Dedi ki: “bilməzdim binadən, başdan,Öyrəndim o gözü çıxan qardaşdan”.

Böyük əgər deyə gündüzə gecə,De ki, göydə ulduz səyrişir necə!

Nisbət verə gər gündüzə gecəni,Söylə ki, yandırır afitab məni.

Nəinki cənabi-Hacıqulu tək,Xanın bostanının növbarı gələcək,

Üzləyib yaxşısın evə göndərə,Çarığın çürüyün təhvilə verə.

Çubuğa saldıra fəqir rəyəti,Özü yeyib-içib sürə vəhdəti.

Bu nə alış-veriş, bu nə ticarət?Bu nə haramxorluq, bu nə ziyarət?

Elə iş baş verir yoğun qurşaqdan,Həq bilir ki, çıxmaz nadan uşaqdan.

Satıbdır küllühüm dini dünyayə,Bu əhli-Şişədən pənah xudayə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов