Görmüşəm nüsxədə bir şərhü bəyan,Yük tutub sabiqən tüccari-İran,

Ticarət əzmilə hində gedirdi,Gecə-gündüz dincəlməyib sürürdi.

Karvanda bir dəvə, bir də eşşək,Lağər düşmüş idi mənim yabım tək.

Necə ki, qüdrəti var idi getdi,Aqibət işləri bir yerə yetdi,

Sağrısına əgər vursan yüz şallaq,Götürməzdi ayaq üstündən ayaq.

Sahibləri çulun, alığın soydu,Apara bilməyib, yol üstə qoydu.

Ahəstə-ahəstə üftanü xizan,Çəkilib bir səmtə tutdular məkan.

Basafa yer idi, ələfzar idi,Türfə-türfə nəbabatı var idi.

Yedilər, içdilər bir neçə müddət,Apardılar ləzzət, sürdülər vəhdət.

Xilas olub rənci-bəniadəmdən,Zülmi-peydər-peydən, cövrü sitəmdən,

Ol qədər kökəldi hər iki heyvan,Guya ki, hər biri kuhi-Bağrıqan.

Sağrısında, yəlpiyində ət qat-qat,Dönübən qaşına bilməzdi, heyhat!

Bir gün eşşək dedi: “ey dəvə qardaş,İstərsən savaşma, istərsən savaş.

Xatirimə düşüb ahəngi-tazə,Xahişim var qalxam şuri-şahnazə,

Həvayi-zövq ilə bir neçə əfrad,Oxuyam sövt ilə hərçi badə-bad”.

Dəvə dedi: “bu nə sözdür ay əhməq,Müsəmma imişsən isminə, əlhəqq!

Güclən qurtarmışıq rəncü təəbdən,Növi-bəşər eylədiyi qəzəbdən.

Ötüb keçən əgər eşidə səsin.Ol qədər yük çatar, çatlar nəfəsin.

Əmanət, əmanət, keç bu sövdadən,Bihudə fikirdən, əbəs binadən”.

Eyləməyib pəndi-dəvəni qəbul,Qulağın şəkləyib xəri-biüsul.

Bir növ anqırmaq qoydu ki, bara,Səsi düşdü səhralara, dağlara.

İttifaq, yol ilə keçirdi karvan,Eşidib çarvadar dağıldı hər yan.

O kolu, bu kolu basıb tapdılar,Sevinə-sevinə minib çapdılar.

Hər birinə bir ağır yük çatdılar,Bizləyə-bizləyə köçə qatdılar.

Yeddi-səkkiz ayda xamlamışdı xər,Qolları çəng olub qaldı, müxtəsər.

Yükünü dəvənin üstə yıxdılar,Yavaş-yavaş yol yuxarı çıxdılar.

Yoxuşun başına qalmışdı əndək,Əlini böyrünə saf vurdu eşşək.

Dedilər: qoymarıq burda qılsın xər,Aparsaq bir xeyli məbləğə dəyər.

Onu da qoydular dəvə üstünə,Uçurum aşağı sürdülər yenə.

Qatlayb boynu dedi: “ey həmdəm!Mənə səndən yetdi bu zülmü sitəm.

Nəsihət elədim, annadın qərəz,Dedin: tərki-dət mücibi-mərəz.

Dedim ki, anqırma, qalxdın həvayə,Nahaq yerə saldın bizi bəlayə.

Əlavə, yükünü aparmadın sən,Barkeş deyildim sənə, qoduq, mən!

O da hələ qalsın, quru, boş özünYol ilə getməyə nə idi sözün?

İndi ki, quyruğun basdın ilanın.Canı çıxsın gərək altda qalanın.

Mənim də könlümə düşübdü təzəTərənnümə gəlib duram canbazə.

Bir zaman təvəkkül təala deyim.Qulağımı qarpıb bir az lökləyim”.

Dedi: “ey sərxeyli-külli-heyvanat!Eyləmə bu işi heyhat, heyhat!

Məsəli-məşhurdur – kiçikdən xətaBaş verib həmişə, böyükdən əta”.

Dolmuşdu dəvənin qəlbi kin ilə,Var idi kədəri ol bidin ilə.

Lökləməyin binasını qoyan təkİp, imlıq qırılıb uçqundu eşşək.

Dəyib dağa, daşa dağıldı dər-dəm,Gərək ibrət edə bu işdən adəm.

Ululər pəndinə baxmaya hər kəs,O kəsdən bilmərrə əlaqəni kəs.

Guş etməyən nasehlərin sözünə,Toxunur aqibət bəla özünə.

Bir dəxi danışsa hər kim bihəngam,Başı qiylü qaldan qurtarmaz müdam.

Var isə kəmalın, söyləmə əfzun,Bu barədə şair yazıb bir məzmun:

Kəbk əgər xəndeyi-bica nə zənəd, mən zamin,Ki giriftar be şəhbaz nə gərdəd hərgiz

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов