Bənzər meyxanədə sərxoşİki tərsayə gözlərin.Dəxi sürmə nə hacətdir,Can alır saye gözlərin.

Kaman qaşın peyvəstdir,Oxları dilnişəstdir,Guya hinduyi-məstdir,Giribdi yayə gözlərin.

Zülfün könüllər məskəni,Pabəst eylər hər görəni;Məcnun tək, aqibət, məniSalır səhrayə gözlərin.

Neyləmişəm o xunxarə,Müttəsil baxar əğyarə,Bir dəm eyləməz nəzzarə,Məni-rüsvayə gözlərin.

Bir tərəfdən artırar qəm,Bir tərəfdən edər mərhəm,Həm öldürür Zakiri, həmQaçar hərayə gözlərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов