Bu növi qaşü göz olmaz,Məgər bəxşi-xudadır bu?Hər atanda yüz qan eylər,Qiyamət oxu yadır bu.

Dərində, ey padişahım,Əflakə yetişdi ahım;Bir demədin, qibləgahım,Görün necə gədadır bu.

Bu qədər eylərəm şivən,Sanma vəslin dilərəm mən.Həmin bu yetər deyəsənKim, bizim binəvadır bu.

Məni-bidil, biqərarıÖldür, qurtar səni tarı!Kuyində görmək əğyarı –Əlhəq, mənə cəfadır bu.

Yaya girib iki hindu,Ox atar Zakirə hər su;Çox görmüşəm çeşmü əbru,Göz deyil, bir bəladır bu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов