Ver xəbər (Qaranı)
Qul Qaranı:Bizi yoxdan var eyləyən ol sübhandan ver xəbər,Səkkiz cənnət əzizi o kimlərdən ver xəbər.O kimdi, hüllə biçir insanın sifətinə?Doqquz bağa su bağlayan o bağmandan ver xəbər.
Xəstə Hasan:Bizi yoxdan var eyləyən ol sübhandan al xəbər,Səkkiz cənnət əzizi o kimlərdən al xəbər.İdrisdir, hüllə biçir insanın sifətinə,Doqquz bağa su bağlayan o bağmandan al xəbər.
Qul Qaranı:Dinlərdən hansı əzizdi, mən tutmuşam adını?Əngiddə kimlər gördü Əzrayılın cəngini?O kim idi, iki yol gördü ana rəhnini?Məkanı bu məkanın bil, o bir cannan ver xəbər?
Xəstə Hasan:Məhəmmədin dini əzizdi, mən tutmuşam o dini,Qabil öldürdü Habili, gördü Əzrailin zəhmini.Həzrət Yunus iki yol gördü ana rəhnini,Məkanı ümman məkanı, ol cannan al xəbər.
Qul Qaranı:Qaranı ana ilə buldu bir-birini.??????O kimiydi, kəndi əliynən kəndi kəsdi sərini?O kim idi, atasız gəldi dünyaya, əmdi ana şirini?O ki nədən xəlq olubdu, ol divandan ver xəbər?
Xəstə Hasan:Xəstə Hasan ana ilə buldu bir-birini,Əzraildir, kəndi əliynən kəndi kəsər sərini.Həzrət İsa atasız gəldi, əmdi ana şirini,O ki, nurdan xəlq olunub ol divandan ol xəbər.(Məhəmməd Hüseynqulu oğlu variantı)
Kitabxana.az · https://kitabxana.az/ru/works/qul-qarani-ver-xeber-qarani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Həkim dostum, elə demə…Qan təzyiqim qalxır hər gün,Qan təzyiqim…