Bu günlər mənim dərdim başdan aşqındı yenə,Diqqət etsəniz əgər siz çöhrəmin rənginə,Ən ağır bir kədərin duyacaqsız izini,Dərdim gətirir cuşa qəlbimin dənizini.Içimdəki tufanlar, fırtınalar, boralar.Hər bir anda könlümü gah üzər, gah yaralar.Hər baxışdan qəlbimə saplanar dərin bir ox,Heyhat, yetim qəlbimin heç bir təsəllisi yox…Bu getdiyim yolların ucu yox, bucağı yox,Bəlalı baş qoymağa bir annə qucağı yox...Durna, gəl qəbul et, sən bu çarpaşıq oyunu,Tənəli söz önündə bükmə zərif boynunu.Küsmə, sevdalı durnam, hər dərdimiz bəlli, gəl,Gəl birlikdə bulalım baş-başa təsəlli, gəl.Ğetmə durnam, getmə, dur, axı yollar dolaşıq,Bir dinlə, bax nə diyor başı bəlalı aşıq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов