Səndən ayrılan günüElə bilmə sevindim –Uca zirvədə ikənDərin dərəyə endim.Demə, o vaxt şad olubHər arzuma çatmışam.Qanadımın birini

Mən qoparıb atmışam!Tək qanadla mən o günÇəkildim öz yuvama.Önümdə yer qaraldı,Başım üstündə soma.Yetim kimi sığındımYetim qalan evimə.Baxdım qoşa dayananKöhnə, təzə təqvimə.Dedim, nə tez çovğunaDüşdü fidan diləklər,Ahəngini itirdiBirgə vuran ürəklər?!Kimsə acıq verərək“Bəxtəvəri” çalırdı.Ötən günü, nəşəniBir-bir yada salırdı.Zaman-zaman çalındı,O səs tutdu hər yanı.Ayrılığın o çağı,Ayrılığın o anı“Bəxtəvəri” səsiyləÜrəyimdə saldı iz.Dayansaq da göz-gözəGörüşmədik daha biz.Haçan ümid qapısıAçılacaq vüsala?Cavab gələcəkmi, ah,Görəsən bu suala?!Qaval vuran, ney tutanSəsi dəm-dəm qaldırar.Sümüyünə düşənlərBir də, bir də çaldırar.Lakin mənim qəlbiməDolar qüssə, dolar qəm –Kefimin ən xoş çağıO havanı dinləsəm.

“Bəxtəvəri” söz salırAyrılıqdan, sitəmdən,Ağlamayım neyləyimEşidəndə onu mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов