Göz yaşları səssiz-küysüz nurlu mahnıdır.Gizli fikri bəyan edir, qəlbi tanıdır.

Bulaq olub qaynayar o, gəlsə xoş xəbər.Təbəssümlə şəfəqlənib yanağı bəzər.

Cilvə verər qara gözün gözəlliyinə,Dad o gündən kölgələnə, qara geyinə,

Axa sakit, axa sözsüz, axa aramsız.Ürəkləri parçalayar ağlayan bir qız.

Vaxt olur ki, göz yaşıyla ovunur ana –Övladının addımıdır düşür ovcuna.

Balasına həsrət ata hönkürtüsüdür,Dar ayaqda umulandan gizli küsüdür.

Quşu ölən bir uşağın ilk insafıdır,Əməlindən peşimanın etirafıdır.

Qaytarılmış bir üzüyün sınıq qaşıdır,Kövrək qəlbin daş ürəyə yalvarışıdır.

Qəriblərin: “vətən, vətən...” zümzüməsidir,Məhbəsdəki günahsızın fəryad səsidir.

Acizlərin etirazı olarmış yaman –Çaylar daşar göz yaşları tökülən zaman...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов