Cəfərqulu xanın Mirzə Əbülqasım Qazinin həcv etməsi
Matəmi böylə tutarmış məgər adəm, qazi?
Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
Sən necə zamin olurdun, kişi, dava olmaz?
Bu sözü rus yanında dediniz həm, qazi.
Qur’an, əl-Fəcr surəsi, 1-ci ayə.
Sən məgər halını, öz əhlinizi bilməzdin?
Zərrəcə bəd əməlindən eləməz qəm qazi.
Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır şişəlini müftü müsəlləm qazi.
Zahirən qəTəlinin qətlə gedirdi nisfı,
Olmasaydı aralıqda yenə Rüstəm, qazi.
Daima və’z verir xəlqə ki, ehsan eləyin,
Özü heç dişqarı verməz ola gər nəm qazi.
Daş-daş üstə belə Şişədə durmaz hərgiz,
Bəzi işlərdən əgər olmuya ə’ləm qazi.
Əhli-İslamə gərəkdir ki, gedə rast yolu,
Bunlann əyriliyi qəddim edib xəm, qazi.
Adını molla qoyan xəlqə deməz rast yolu?
Bunların dərdi edibdir qədimi xəm, qazi.
Unudurlar hamısı Tanrı, peyəmbər əmrin,
Gər aralıqda ola söhbəti-dirhəm, qazi.
Bir para vəqt danışmaq bizə lazımdır,
leyk, Bir para vəqtdə yeydir olaq əbsəm, qazi.
Demişəm mən sənə: heç vaxt inanma xəlqə,
Bəzi ovqat eşit pəndimi kəm-kəm, qazi.
Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nava-ceferqulu-xanin-mirze-ebulqasim-qazinin-hecv-etmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
Zakir bəylərbəyi Mirzə Cəfərqulu xana onun evində ayaqqabıları oğurlandığı üçün yazmışırBəylər, nə layiqdi xan qulluğuna,Bir kəs atlı gedə, piyadə gələ?
Cəfərqulu xanın Zakirə cavabıQasım bəy, adətdir, xan qulluğuna,Bir kəs atlı gələ, piyadə gedər.
Стихи других поэтов
DÜŞÜNDÜM Kİ…**Düşündüm ki, əməl çəmənzarında
GöndərNamə yazdım, yar yanına yolladım,Darçından, mixəkdən, hil mana göndər.
Aman Allah, mənə qiymət verənə bax…Aman Allah, aman Allah,Mənə qiymət verənə bax…
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun