Namə yazdım, yar yanına yolladım,Darçından, mixəkdən, hil mana göndər.Bahar olsa bağçanızda o güllər,Dərginən bir dəstə gül mana göndər.

Yolların rəvandı, azan olmasa,Seyrağıb dağını qazan olmasa,Qələm tutub kağız yazan olmasa,Birləşib şəkərlə dil mana göndər.

Qurbani də əsilliyin itirməz,Ağlamaqnan haq diləyin bitirməz,Dərdim çoxdu, nər-mayələr götürməz,Kərgədan olmasa, fil mana göndər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе