Gəlsin
İstəkli tələbəm Ruhulla Axundova
O gün olsun bağıma sevgili yarım gəlsin!O könüllər diləyi, qönçə üzarım gəlsin!
Çən, dumandan o gün olsun ki, silinsin vətənim,Dan şəfəqli səhərim, güllü baharım gəlsin!
Ərisin, qalmasın artıq bu könüllərdə kədər,O gün olsun diləyim, bilgi, şüarım gəlsin!
Sönməsin ölkəmizin canlı o şənlik çırağı,Hörmətim, şan-şərəfim, bilgi, vüqarım gəlsin!
O gün olsun ki, axışsın bütün el təbrikə,Köməyim, qol-qanadım, əldə tutarım gəlsin!
O gün olsun ki, yenə qaynasın el, coşsun el,Bizə şadlıq gətirən güllü qatarım gəlsin!
O gün olsun qoca Şaiq nəfəs alsın şən-şən,O könüllər diləyi, sevgili yarım gəlsin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-gelsin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:
İki yoldaşNizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.
Lovğa ovçuSalman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:
Sözün qiymətiNağılVarlı bir tacirini üç oğlu varmış. Tacir kiçik oğlunu hamısından çox istəyirdi. Böyük qardaşlar paxıllıq edib deyirdilər: “Atamız onu görəsən nəyə görə bizdən çox istəyir? Onun bizdən nəyi artıqdır?”
Стихи других поэтов · О любви
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram