Sevimli tələbəm Tağı Şahbaziyə.

Sevimli bir diləyim var, xəyal şəklində,Yeni bəhər verəcək bir nihal şəklində

Məni üzər gecə-gündüz o müdhiş ayrılığı,Yeyər bu qəlbimi dərdü məlal şəklində.Fəraqə dözməyirəm, hardasan? Görün! – derkən,Önümdə cilvələnir bir sual şəklində.

Zaman-zaman dəyişir rəngini, lətafətini,Qürubə qarşı o gülgün şimal şəklində.

Şəfqət kimi yanaşır, əl uzatmaq istərkən,Uzaqlaşır o vüsalı məhal şəklində.

Gözümdən indi yenə, kim onu qovur buradan?Süründüm izləyərək bir zilal şəklində.

Odur göründü yenə sevgili gözəllərtək,Bəzər xəyalımı coşqun məal şəklində.

Gülümsəyir üzümə, bax, vüsal üçün yanaşır,Açıb iki qolunu bir hilal şəklində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке