Qoşunla keçərkən rumlu İsgəndər,Ona söylədilər: “Ey, böyük qeysər!Bu çeşmə yanında alim DiojenBir qutu içində etmişdir məskən”.İsgəndər şövkətlə yanaşdı ona,O isə üzünü çevirdi yana.İsgəndər soruşdu: “İstəyin nədir?”Diojen gülərək dedi: “Ver əmr,Çibinlər üstümə qonmasın mənim,Bunlardan incinir çılpaq bədənim”.Dedi: “Mən olsam da fateh İsgəndər,Əmrimə itaət etməz çibinlər.Ey alim, sən məndən gəl xələt istə,Var, dövlət, xəzinə, şan, şövkət istə!”Diojen dedi: “Gəl, insaf et özün,Sənin ki, çibinə çatmayır gücün,Belə bir miskindən nə istəyim mən,Çəkil, kölgə salma parlaq günəşdən!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов