Oyuncaqlar, evciklərBezdirib Nərimanı,Qaşqabağı açılmır,Tez-tez qaralır qanı.

Küsür, ana ortayaGətirəndə xörəyi,Nə konfeti bəyənir,Nə də şirin çörəyi...

Bir gün ata oğlunuİş yerinə apardı,Xırdaca bel götürübGöy ləkləri suvardı.

Cana gəlib dirçəldiYemiş, qarpız tağları.Elə bil ki, o qoyduDağ üstünə dağları,

Qərənfili, reyhanı,Gülü suvaraq, – deyəNəriman heç qayıtmaqİstəmirdi geriyə.

Axşam evə dönəndəGözləmədən xörəyi,Şirin-şirin, iştahlaYedi yavan çörəyi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов