Gülməşəkər
“Sən məni bu qədər mehriban, həlim,Bu qədər səmimi bilmə, əzizim...Bu qədər sən mənə arxayın olma,Gözüm başqa gözə bənd ola bilər...Özünü gözlə məndən,Gözlə özünü, gözlə...”Cavan bir müəllifin misralarından
Bu misralar məhəbbətinMəbədinə tullanan daş,Oxuyanlar heyrətdədir,Sevən çaşbaş, yazan çaşbaş.Baş-ayaqmı doğub səniAnan, qardaş? –Gah and içib yalmanırsan,“Kövrəlirsən” sırtıq-sırtıq:“Başlamışam çox sevməyəMəcnundan da, Kərəmdən dəSəni artıq”Gah da belə nalə-mıxaVura-vura,Sadəlövh, pak bir ürəyiQıra-qıra,SöndürməkçinQığılcımdan od götürübTəzə-təzə şölələnən bir atəşi,Əyyaşların ədasiləDanışırsan lovğa-lovğa,Kişi-kişi,Birisini sevə-sevəBaşqasının gözlərinə bənd olursan,Ondan ötüb bir özgəninİsti, rahat mənzilində bənd alırsan.
Sən qız kimi naz satdıqcaGüya qızlar əldən gedibQan-yaş tökər,Nə zamandan, hardan beləDe, olmusan gülməşəkər?
O ülfətdən, bu ülfətdənArsız-arsız söhbət açan,Məqsədinə yetişməmiş
Öz dalından özü qaçanÜzdəniraqLirikə bax!
Ruzisini itirəndəÇarpayısı “cırıldayan”“Aman dilbər, aman qönçəm,Leylim...” deyib hırıldayan,ÜzdəniraqLirikə bax!
Nəşəsini dadmamışdanVüsaldan da qoyub bezən,Sevdiyindən gen dayanıb,Təşəxxüslə tənha gəzənÜzdəniraqLirikə bax!
Gül yerində tikan bitər,Ölçü itər, mizan itər,Min dərd çıxar bundan betər,Qələm çəkər ürəyə də,Diləyə dəDinməyəndə...
Millətə yad, adətə yad,Əxlaqa yad, sənətə yad,Qüdsiyyətə, hikmətə yad –Naxələf söz meydan sular,Dinməyəndə belə olar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/qasim-qasimzade-gulmeseker
Клавиши ← → для перехода, R — случайное стихотворение