Dələyə bax, dələyə,Quyruğu bir şələyə.Sadəlövh bir gözəldir –Düşməsin heç kələyə.

Səs duydumu qulağıQanad olar ayağı.Ağac-ağac atlanar,Gəzər bir-bir budağı.

Dələyə bax, dələyə,Quyruğu bir şələyə,Qanadlanmış diləkdirNecə girsin bələyə?!

Pır-pır ürək kimidi,Dinc insanlar ümidi!Şam meşəsi – sevdiyiVətənidi, elidi.

Dələyə bax, dələyə,Quyruğu bir şələyə,Azadlığa qovuşub,Rast gəlməsin tələyə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов