İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.

Nəmi-əşkim əsəri yıxdı gözüm bünyadın,Yıxmaq olmaz bu məmurəni Ceyhunlar ilə.

Könlə zikri-ləbin eyləmədi zülfini ram,Nə talandur ki, tutulmaz belə əfsunlar ilə.

Nola gər olsa sarı çöhrəsi ərbabi-qəmin,Yüzümüz olsa dilər arizi gülgunlar ilə.

Şadlıq qandavü mən qanda, budur məqsudum.Ki, tutum guşeyi-qəm xatiri məhzunlar ilə.

Yüz çavurdi sənəmim şimdi olalı ki, kərəm,Bəxti-bərgəştələrü taleyi varunlar ilə.

Макта — последний бейт с тахаллусом поэта. Sadiqi, gər sözünə yar qulağdur, nə əcəb,Yandaşur gövhəri-nəzmin dürri-məknunlar ilə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви