Ayaqlar gücdən düşdüŞah damarlar büzüşdü,Hey fəryad etdi bədən:– Ayaqdan dustağam mən!

Ayaqlarımdır məniBelə xəcil edən də,Yoxsa nə var ki məndə.İşdən, gücdən qalım mənEv dustağı olum mən?

Bunları eşidəndəAyaqlar dedi: – qafil,Bilmirsənsə eşit, bil:Hər bəla başdan gəlir,Başlar işləməyəndəAyaqlar işdən qalır.Bilmirsənmi, ey əfəl,Başın iflic olubdurBizdən lap çox-çox əvvəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов