Şuşada dağlar dumandıAllah, sən saxla amandı!Halımız sənə əyandıQoy qapılar bağlanmasın!

Qonşu verdin bizə xain,Necə yaşayaq arxayın?Ver xainin özün payınTorpaq qanla sulanmasın!

Şuşanın soldu gülləri,Didərgin düşdü elləri,Qurtar, ey həsrət illəri!Ürəyimiz dağlanmasın!

Ey dağların xan çobanı,Naxırın, ağ sürün hanı?Al tütəyi, çal havanıEl bizi məğlub sanmasın!

Körpələr, gəlinlər, dullar,Çağırır o dərdi bollar,Şuşaya açılan yollarYa rəb, bir də bağlanmasın!

Açılar bağlı qapılar,Qapını açan tapılar.Ev yıxan özü yıxılarQoy o buna inanmasın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине