Köç eyləyib köçən durnamDurnam, dağlara xoş gəldin!Uzaq yollar açan durnamDurnam, dağlara xoş gəldin!

Qaqqılda dağlar oyansın,Bu ölüm, qırğın dayansın.Uç, könüllər havalansın!Durnam, dağlara xoş gəldin!

Gəlibdir fəslin baharı,Meşələr geyinib sarı,Uç buludlardan yuxarıDurnam, dağlara xoş gəldin!

Gəldi, çatdı ömrün qışı,Dərdlə ağartdım bu başı.Könlümün köhnə sirdaşıDurnam, dağlara xoş gəldin!

Şuşanın ağlar dağları,Uçun buluddan yuxarı.Var könlümün intizarıDurnam, dağlara xoş gəldin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе