Mustafa Kamal Atatürk
Gözündəki hiddətinə,Əzab çəkmiş millətinə,Sənin oğul qeyrətinəQurban olum!
Yenilməz döyüş əzminə,Millətini işğallardanQurtardığın böyük günə,Vətən, millət, xalq eşqinəQurban olum!
Ey Türk oğlu!Ey yurdda sülh!Cahanda sülh!Deyən millət qəhrəmanı!Sən istiqlala, can atan,Bununçün qanlara batanİnsanlığın övladısan.Məzlumların dayağısan,Sönməz ocaqlar odusan.
Sənin kişi vüqarına,İşğallardan qurtardığınAzad, zəngin diyarına,Müqəddas Türk torpağındaMəbəd olan məzarınaQurban olum!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-mustafa-kamal-ataturk
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
El tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری
Rübabə Muradovanın xatirəsinəYanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!