Bu ölümdü, ya həyatdı
Nənə, baba duasıyla,Doğma vətən havasıyla,Ürəyimin sevdasıyla,Yetmişim səksənə çatdı.
Durmuşam yol üstdə naçar,Bu bağlı yolu kim açar?Burda qanlı axır sular,Torpağımız qana batdı.
Toplu, tüfəngli ordular,İgidlərimi qırdılar.Bizi arxadan vurdular,Cəlladlar eli ağlatdı.Mənə ömür-gün bəxş edənNeyləyirəm bu ömrü mən.Mənim ki, bağlıdır qapımAçarını hardan tapım?Dövran məni oda atdı,Yaşatdı, məhbus yaşatdı.Bu ölümdü,Ya həyatdı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-bu-olumdu-ya-heyatdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,