“Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!”
Ey könül, yatmagilən, dur gözün aç, bidar ol!Xabi-qəflətdən oyan bir, bu zaman hüşyar ol!Şərqi-əqsayə nəzər qıl, necə gör qovğadır,Nə qiyamətdü, nə şurişü nə vaveyladır!Bütpərəst tayifəsi gör nə cəsarət ediyor,Sülhü asayişi dünyadə o qarət ediyor.Diplomat dairəsi vəz eliyən qanunuHətk edib yer üzünün taifeyi-yapunu.Rus eskadrasına birdən o şəbxun elədi,Boylə nalayiq işi dövləti-yapun elədi.Çün verildi bu xəbər sevgili sultanımıza,İmperaturi-müəzzəm, şəhi-zişanımıza.Manifest verdi o dəm ləşkəri-xunaşamə,Ta ki tənbeh ola ol taifeyi-bədnamə.Hərb elanı təmamən dağılıb dünyayə –Ki, yapon dövləti-rus ilə durub dəvayə.Sadiqül-qövl rəiyyətlər ediblər hümmət,İmperaturə dilü can ilə qılsın xidmət.Biri sursat, birisi pul, birisi can verdi.Biri öz canını sultanına qurban verdi.Əmr edibdir üləma sinfinə şeyxülislam –Ki, məsacidlərə dəvət oluna xasü əvam.Çağıraq suzi-cigərdən hamımız Allahı –Ki, müzəffər edə bu rəzmdə şahənşahı.Çün yetişdi bu xəbər nahiyeyi-Şirvanə,Hansı Şirvan ki, olub zəlzələdən viranə.Sabiqən elmi-qəzavətdə dəbiri-qazi,Haliya məsnədi-izzətdə müdiri-qazi,Yəni Əbdülhüseynzadə, o şəxsi-tahir,Üləma firqəsini eylədi küllən hazir.Edibən zöhr namazını cəmaətlə əda,Pəs çıxıb minbərə səsləndi ki, ey əhli-vila,Bilin, ey qövm, bu günlər nə fəraqət dəmidir,Cümlə məcruhə bu günlərdə ianət dəmidir.Malü can ilə köməklik eləyin sultanə,Həq-taala bu təriq ilə yazıb Quranə.Saniyən, cümlə bu mətləbdən olun siz agah,Əmr edibdir sizə bu barədə bir alicah,Nüktədayi-rəhi-din, hadiyi-küll, fəxri-ənam,Şiəməzhəblərə Qafqasdə şeyxülislam,Buyurub şeyx hər ol kəs ki, müsəlman olsun,İmperaturə gərəkdir ki, sənaxan olsun.Əmri-baridir səlatinə itaət vacib,Bu itaətdə müsəlləmdi ianət vacib.Hamılıqnan deyin, ey qövm ki, ey bari-xuda,İmperaturimizə ömri-təvil eylə əta,Daima rəzmdə əfvacını mənsur eylə.Düşmənin kor elə, məğlub elə, məqhur eylə.Çün yetirdi bu məqamə sözü ol mürşidi-din,Xəlqdən çıxdı göyə nəreyi – Amin! Amin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-ey-konul-yatmagilen-dur-gozun-ac-bidar-ol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Naseh, ey nüsxeyi-kübrayi-kamal:Naseh, ey gövhəri-dəryayi-kamal!
Bəradərim Firidunbəy Köçərli cənablarınaMöhtərəm qardaşım, Firidunbəy!Yenə şəfqətlə halımı sordun,
9 martCəmo Cəbrayılbəyliyə*Ey sevgili yavərim Cəmobəy!
Təzə şeir necə olmalıdır?Mühərrir əfəndilərim! Ədəbiyyatımızın islahatına dair məqalələr dərc etmək istəsəniz, əfkari-acizanəmi qəzetinizin bir guşəsində səbt etməyinizi rica edirəm.Şüərayi-sabiqəmizin əşar və əbyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəddin sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bənzətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil. Və bu qədər var ki, təzə səbkdə bu anacan bizim şüəralardan bir nəfər olmayıb ki, bu mətləbə mültəfit olub, öz şerini təbii hissiyyatın məzmununa dair nəzm etmiş olsun.
Стихи других поэтов
Etiqadın ilə möhkəm bil yəqin ey pürxirəd,Ciddü cəhd verməz səmər ta olmasa həqdən mədəd.
نهاد کودک خردی بسر، ز گل تاجیبخنده گفت، شهان را چنین کلاهی نیست
Gəzən yerləriSəkənəm qürbətdi, ismim filankəs,Bü gün gördüm canan gəzən yerləri.
Ey qapımı döyən ilEy qapımı döyən il,Səni görməsəm də mən,