Nə qəm, illər sovuşur,getdikcə artır yaşım.Bu həyat yollarındaqoy mərd ağarsın başım.Mən sənin ilk sevgilin,sən mənim könüldaşım.Bundan sonra daha xoşgünümüz var, sevgilim!Baharlı bağçamız var,gülümüz var, sevgilim!

Bir tikanlı söz əgərgül qəlbinə toxunsa,yanağına göz yaşıgöyərçin kimi qonsa,sənə təsəlli uzaq,sıxıntılar yaxınsa,aldanma!Gün bizimdir,Bizim həyat, sevgilim!Bu yaraşıqlı dünya,bu kainat, sevgilim!

Mən şeir yazmamışamxurmayı saçlarına.Tərifin yox sənin də,ala gözlü yarına.Mən verdim ulduzlarısənin ixtiyarına;bəyən, oxşa, əzizlə,sev, bizimdir, sevgilim!Bu mavi, bu ləkəsiz göybizimdir, sevgilim!

Təyyarənin qanadıbuludları yararsa,

coşqun nəğmə səsləriboşluqları sararsa,bu bəxtiyar həyatdakönül açan nə varsabizimkidir –nəğmə də,təyyarə də, sevgilim!Göylər pərisi Ay da,Səyyarə də, sevgilim!

Geniş çölləri tutmuş,ağ pambıq tarlaları.Dillərdə azad olmuşazad ölkənin varı.Bu ellərin nəşəsi,xalqın böyük vüqarı,bağçaları, bağlarıbizimkidir, sevgilim!İldırımlı dağlarıbizimkidir, sevgilim!

Bakı –doğma yurdumuz.Bakı –mehriban diyar.Qucağında boy atırhər gün yeni buruqlar.Ölkəmin Bakı adlı,döşündə ordeni var.Bu Vətən də bizimdir,buruqlar da, sevgilim!Yerə, göyə sığmayanbu ruhlar da, sevgilim!

İnanıram, bir səhər“Başlandı!” – əmri gəlsə,cəbhədə sən mənimlə,verəcəksən səs-səsə.Odur ki, bu gün gəlibmən də belə həvəsə,deyirəm:– Nəşə, sevgibizimkidir, sevgilim!

Bu ağ günləri sev ki,bizimkidir, sevgilim!Dəyişirik min illikyerin xəritəsini,Dəmir atlar dolaşırŞimalın meşəsini.Dinlə qarlı uzaqdangələn radio səsini;Deyir:– Qütb bizimdir,Şimal bizim, sevgilim!Həqiqət bizimkidir,xəyal bizim, sevgilim!

Bayrağımızda varkənLeninin ölməz adı,gəmimizi sürürkənxalqın böyük ustadı,açılırkən göylərəazadlığın qanadı,qalibiyyət bizimdir,bizim həyat, sevgilim!Bu yaraşıqlı dünya,bu kainat, sevgilim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви