Hüsnün təala şanəhü sünində heyran olmuşam,Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.

Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi,Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam.

Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin,Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam.

Simin əlin dəstan ilə ta könlümü seyd eylədi,Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam.

Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi,Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam.

Kə’bə üzündür canıma, eşq ilə məscudam ana,Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.

Макта — последний бейт с тахаллусом поэта. Bəndə Nəsimi görəli nuri-xuda üzündə mənIndi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви