Bir dəxi görmək camalın könlüm, ey can, arzular,Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.

Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat,Qulluq etməklik tapunda hurü qılman arzular.

Gər səni arzularam, ey canü cananım, nola,Təşneyi-vəslin, nigara, abi-heyvan arzular.

Ta gülüstani-Irəm rüxsarını gördü gözüm,Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular.

Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü,Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular.

Könlümüz arzuladı gər vəsli-cananı, nolaKim, yəqindir arzular dərviş, sultan arzular.

Макта — последний бейт с тахаллусом поэта. Bax axır xəstə Nəsiminin xəyali-xamına,Xatiri dərbəndi-zindan, hurü qılman arzular.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви